ABŞ Hörmüz boğazını minalardan təmizləmək üçün gəmilər göndərib
Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur
Hörmüz boğazı üzrə konfransda İrana qarşı yeni sanksiyalar müzakirə olunacaq
Makron İran və ABŞ liderlərini Hörmüz boğazını blokadadan çıxarmağa çağırıb
19 May 2021 18:05
2 282
Cəbrayıl rayonunda iki su elektrik stansiyasının tikintisini 2 - 2,5 il ərzində bitirmək planlaşdırılır.
Bunu Trend-ə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.
Onun sözlərinə görə, su elektrik stansiyaları "Xudafərin" və "Qız qalası" su qovşaqlarında inşa olunacaq: "Ümumi gücü 140 meqavatt olan bu stansiyaların tikintisi Azərbaycanın ekoloji təmiz elektrik enerjisi ilə təmin olunmasına xüsusi töhfə verəcək. Azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin potensialının səmərəli istifadəsi üçün tədbirlər planı hazırlanır. Tədbirlər planı yüksək günəş və külək enerjisi potensialı olan rayonlarda ölçü-müşahidə stansiyalarının qurulması, eləcə də bərpa olunan enerji potensialının dəqiq hesablanması üzrə işləri əhatə edir".
Təbriz Ammayev əlavə edib ki, ilkin hesablamalara əsasən, istismara verildikdən sonra bu su elektrik stansiyaları ildə 356 milyon kilovatt-saat elektrik enerjisi istehsal edəcək.