Pis işləyən icra hakimiyyətləri hansılardır? Hadisə

Pis işləyən icra hakimiyyətləri hansılardır?

Bəzən vətəndaşlar yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin qəbulunda öz məsələlərinə ətraflı və dolğun cavab ala bilmir.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azər TAc"da dərc olunmuş məqaləsində bildirilib.
Onun sözlərinə görə, respublikanın bölgələrindən qəbula gələn vətəndaşların müraciətlərini araşdıran zaman aydın olur ki, vətəndaşlar hətta ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olmaq üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar:"İl ərzində respublikanın bölgələrindən qəbula gələn vətəndaşların sayına nəzər salsaq, Bakı şəhəri və onun rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağstafa, Astara, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, Laçın, Lerik, Masallı, Neftçala rayonlarının sakinləri daha çox müraciət ediblər. Prezident Administrasiyasında qəbul olunmaq üçün edilən yazılı müraciətlərin təhlili göstərir ki, bu mövzuda Bakı şəhəri və onun bəzi rayonlarından, Lənkəran, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Quba, Lerik, Saatlı, Salyan, Ucar, Zəngilan şəhər və rayonlarından müraciətlər daha çox daxil olub".