ABŞ Konqresinin kitabxanasında Azərbaycan mətbəxinə səyahət Mədəniyyət
- 16 Mart 2017 13:58
- 11 256
Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində Vaşinqtonun ən tanınmış məkanlarından olan Konqresin Tomas Cefferson adına kitabxanasında ABŞ-dakı səfirliyimizin və kitabxananın regional bölməsinin dəstəyi ilə həmvətənimiz Fəridə Buyuranın "Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti" (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabının rəsmi təqdimat mərasimi keçirilib.
Sözügedən tədbir kitabxananın möhtəşəm Şimal-Şərq pavilyonunda baş tutub. Tədbirdə xarici ölkələri təmsil edən diplomatlar, kitabxananın ziyarətçiləri, həmçinin Amerikada yaşayan həmvətənlərimiz iştirak ediblər. 2014-cü və 2015-ci illərdə ABŞ-dakı səfirliyimiz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə iki dəfə işıq üzü görən sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən ölkəmizin mətbəxinə həsr edilmiş ilk nəşrdir.
Beş böyük beynəlxalq mükafata layiq görülmüş 317 səhifədən ibarət kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur. Kitaba, həmçinin Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan seçilmiş reseptlər də daxil edilib. Bundan başqa, nəşrdə Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar barədə məlumatlar da yer alıb. Tədbirdə kitabxananın Afrika və Yaxın Şərq bölməsinin rəhbəri Meri-Ceyn Dib və Türkiyə üzrə mütəxəssis Coan Viks çıxış edərək kitab və Azərbaycan mədəniyyəti barəsində öz təəssüratlarını bölüşüblər. Çıxışlarda Novruz bayramının tarixinə və bu bayramı qeyd edən xalqlara, onların ənənələrinə xüsusi diqqət yetirilib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Fəridə Buyuranın müəllifi olduğu kitabın ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd edib. Novruz bayramının qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim ənənə olduğunu bildirib. Daha sonra kitab müəllifi tərəfindən qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verilib.
Ölkəmizin müxtəlif bölgələrinin özünəməxsus mətbəxlərinin xüsusiyyətləri barədə danışan F.Buyuran Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib olduğunu qeyd edib. Fəridə Buyuranın çıxışı tədbirin çoxsaylı iştirakçıları tərəfindən böyük maraq və diqqətlə qarşılanıb. Sonda qonaqlara Azərbaycan milli mətbəxinin yemək və şirniyyatlarından ibarət müxtəlif təamlar təqdim olunub.

-
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
-
AVCİYA prezidenti: “Cənubi Qafqazda ciddi dəyişiklər baş verəcək”
-
Bakının daha bir prospektində velosiped yolu salınır
-
Prezident İlham Əliyev: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik
-
Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edildi
-
Prezident İlham Əliyev: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
-
Prezident İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib
-
“Alkoqol da insan orqanizmi üçün tütündən az ziyanlı deyil” - Qüdrət Həsənquliyev
-
Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb
-
Prezident İlham Əliyev: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
Şərqi Azərbaycanda məktəblərin 30 faizi qəzalı vəziyyətdədir
-
Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlandı
-
Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir
-
Prezident İlham Əliyev: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
-
Vüqar Rəhimzadə: Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır
-
Litva Prezidenti: Ukraynada döyüş meydanındakı vəziyyət birbaşa Qərbin dəstəyindən asılıdır
-
Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb
-
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
-
Bu ilin I rübündə icmal büdcəsində 3 milyard manatdan çox qalıq yaranıb
-
ABŞ Dövlət Departamenti İrandakı azərbaycanlıların vəziyyətindən danışıb
-
Prezident İlham Əliyev: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq
-
Prezident İlham Əliyev: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
-
Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi
-
Paytaxtda evdə 51 kq narkotik aşkarlandı
-
Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür
-
Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür
-
Prezident İlham Əliyev: Ermənistanı istisna olmaqda, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var
-
Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO
-
Fürsət qapıları həmişə açıq qalmır -Ərdoğandan Ermənistana ÇAĞIRIŞ
-
Azərbaycanca mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
-
Volodimir Zelenski COP29-a dəvət edilib
-
Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edir - CANLI
-
Azərbaycanda COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək
-
Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edir - amerikalı ekspertlər Bakı və İrəvan arasında sülh perspektivləri haqqında
-
Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun
-
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
-
Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda rəsmi səviyyədə yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırdı
-
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
-
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib - VİDEO
-
Ölkədə dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir
-
Sabah hava necə olacaq? - PROQNOZ
-
Azərbaycanda dövlət orqanlarının təsnifatı genişləndirilir
-
Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarların Reyestri yaradılır
-
Azərbaycanda yeni rüsum MÜƏYYƏN EDİLİR
-
Elektron siqaretlərin Azərbaycana idaxlının qadağan olunması ilə araşdırma başlaya bilər
-
Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun
-
Azərbaycana tütün məmulatının idxalı ilə bağlı yeni şərtlər müəyyən edilir
-
Azərbaycana xaricdən aşağı keyfiyyətli siqaretlərin gətirilməsinin qarşısı alınacaq – Yeni QANUN
-
Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq
-
Qüdrət Həsənquliyev: Bu inhisarçılıq yaratmaqdır
-
"Hakim partiya ölkənin Avropaya inteqrasiyasını təhlükə altına salacaq"
-
MŞ İdarə Heyətinin üzvü Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
-
BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmur - ŞƏRH
-
Azərbaycandan turist axını artıb
-
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
-
Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” işi üzrə dinləmə keçirilir
-
Erməniəsilli Fransa jurnalisti Ermənistana buraxılmadı
-
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd olunur