Folklor İnstitutunun əməkdaşları Türkiyədə Mədəniyyət

Folklor İnstitutunun əməkdaşları Türkiyədə

Bu yaxınlarda Türkiyədə Abant İzzet Baysal Universitetinin təşkilatçılığı ilə V Uluslararası "Bolu tarixi, mədəniyyəti və Koroğlu simpoziumu" keçirilib. Simpoziumu açan AİBU-un rektoru, prof. dr. Hayrı Coşqun iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Azərbaycanlı millət vəkili Qənirə Paşayeva Koroğlunu gənclərə tanıtmağın və dünyaya çatdırmağın önəmini vurğulayıb. Açılış mərasimində başqa yaddaqalan çıxışlar da olub. Simpoziumda Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın və başqa rəsmilərin təbrikləri oxunub. Müxtəlif salonlarda araşdırmaçıların çıxışları dinlənilib, maraqlı müzakirələr olub.
Simpoziumda Folklor İnstitutunun əməkdaşları fil.ü.e.d. Füzuli Bayat ("Koroğlu dastanının fransız və ingilis dillərinə tərcüməsi məsələsi"), prof., fil.ü.e.d. Ramazan Qafarlı ("Koroğlu eposunun İ.Şopen və Xodzko nəşrlərinin (1840-1842) müasir mətnlərlə müqayisəli təhlili"), fil.ü.e.d., dos. Seyfəddin Rzasoy ("Prof. İsrafil Abbaslının araşdırmalarında Koroğlu obrazı"), fil.ü.f.d., dos. Ağaverdi Xəlil ("Oğuz türklərində Koroğu dastanlarının struktur oxşarlığı"), fil.ü.f.d., dos. Tahir Orucov ("Koroğlu dastanı - Türk dünyasının ortaq dastanı"), fil.ü.f.d. Nailə Əsgər ("Bir dastan qəhrəmanı olaraq Aşıq Koroğlu"), fil.ü.f.d. Qalib Sayılov ("Koroğlu dastanında əski inanclar və islam"),
fil.ü.f.d. Nizami Muradoğlu ("Müstəqillik dövrü Azərbaycan şeirində Koroğlu motivi"), Akifə Xəlilova ("Koroğlu ilə bağlı ata sözləri və xalq deyimlərində igidlik konsepsiyası"), Elçin Qaliboğlu ("Azərbaycanda Koroğlu dastanı ilə bağlı xalq əfsanələri"), Aynur Qəzənfərqızı ("Kumıklardan toplanmış Koroğlu nağılında köpək qadın və Koroğlu əlaqəsi"), Qumru Şəhriyar ("Mifologiyada su ünsürü və onun Koroğlu dastanında əksi"), Səfa Qarayev ("Əkizlər mifi əlaqəsində Qırat və Dürat"), Hikmət Quliyev ("Mərkəz simvolizmi baxışından Koroğlu obrazı") çıxış ediblər.
Üç gün davam edən konfransa Azərbaycan, İtaliya, Özbəkistan, Tatarıstan və İrandan gəlmiş 70 araşdırmaçı qatılıb.

Uğur