İstedadlı skripkaçının yeni videoklipi Mədəniyyət
- 10 İyul 2020 15:18
- 24 815
Almaniyada yaşayan həmyerlimiz, istedadlı skripkaçı Fəridə Rüstəmovanın iştirakı ilə müəllif videoklipi “YouTube” kanalında təqdim edilib. Bu barədə musiqiçinin özü xəbər verib. O, söhbətində bildirib ki, bu günlərdə onu “Pyer M Krauze” alman teleşousunda çıxışa dəvət ediblər. Bu teleşou populyarlığına görə Rusiya televiziyasında yayımlanan “Veçerniy Urqant”la müqayisə edilə bilər. Teleşounun müəllif Pyer M Krauze Fəridədən öz zövqünə uyğun, “güclü, fədakarlıqla, əminliklə səslənən” mahnı seçməsini xahiş edib. Skripkaçı özünün sevimli bəstəkarı olan Hans Zimmerin bir əsərini - baş rollarda Tom Henks və Odri Totunun çəkildiyi “Da Vinçi kodu” kinofilminə yazdığı “Chevaliers de Sangreal” melodiyasını ifa etmək qərarına gəlib.
“Mən şouda uğurla çıxış etdim. Mənə tanımadığım adamlardan məktublar gəlməyə başladı. Onlar mənim çıxışıma heyran olmuşdular və bir daha ifamı dinləmək istəyirdilər. Bu musiqiyə videoklip çəkmək ideyası bax beləcə yarandı”, - deyə musiqiçi bildirib. Fəridənin sonuncu klipini çəkən rejissor və fotoqraf Mariya Çistyakova ona Baden-Vürtemberqd federal əyalətindəki Frauenlob şəhərini göstərib. Burada müəyyən mənada antik teatrları xatırladan məşhur monastırın xarabalıqları yerləşir.
“Mən o dəqiqə başa düşdüm ki, öz klipimizi məhz burada çəkəcəyik”, - deyə Fəridə etiraf edib. O, almaniyalı rejissor Mixa Rotuya klipin çəkilişlərini öz üzərinə götürməyi xahiş edib. Bu heyrətamiz yerlərin bütün gözəlliyini təsvir etmək və tarixlə bağlılığını vurğulamaqdan ötrü çəkilişlərdə drondan istifadə edilib. “Mənim kliplərimin çəkilişlərində hər dəfə müxtəlif rejissorlar işləyir, lakin ideya və ssenarilər daim mənə məxsusdur. Onlar mənim düşüncələrimi videoklipə köçürməyə yardım edirlər. Çox xoşbəxtəm ki, bu, olduqca gözəl alınır”, - deyə Fəridə vurğulayır.
Onun sözlərinə görə, hər şey ideyanın yaranmasından başlayır. Bu ideya həyata keçməyənədək onu rahat buraxmır. Aktyorların, geyimlərin, musiqinin seçimi və tamamilə bütün təşkilati işlərlə - məşqlərin vaxtından başlanmış video üzərində ən son cizgilərədək hər şeylə Fəridə özü məşğul olur. Buna görə də o, etiraf edir ki, belə layihələr çox vaxt və enerji tələb edir. “Mən bu layihələri sevirəm. Sadəcə olaraq, bununla yaşayıram”, - deyə Fəridə bildirir.
Təqdim olunan videoklipdə Fəridə Karlsrue Konservatoriyasında birgə təhsil aldığı istedadlı violonçelçalan Vasili Bıstrov ilə duetlə çıxış edir. “O da mahnılara “kaver”lər edir, “YouTube”da öz kanalı var, həmçinin “Instagram”ın fəal istifadəçisidir”, - deyə istedadlı musiqiçi sonda vurğulayıb.
- 25 Aprel 13:07
- 1 057
- 25 Aprel 13:06
- 889
- 25 Aprel 12:12
- 1 204
-
Kimsə bir müsəlman ölkəsini xristian klubuna qəbul etməyə hazırlaşmır” – Qüdrət Həsənquliyev
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir
-
Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq
-
Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar - ŞƏRH
-
Ümidvaram ki, COP29 Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək - Annalena Berbok
-
BMT-nin komitəsində Ombudsmanın növbəti hesabatı ilə bağlı dinləmə keçirilib
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi
-
Bakıda ilk dəfə velosiped işıqforları quraşdırılır
-
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
-
Malıbəylidə aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb (FOTO/VİDEO) (YENİLƏNİB)
-
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
-
Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - Vüqar Rəhimzadə
-
"Bakcell" Rebrendinqi elan edir
-
Buraxılış imtahanında ən yüksək nəticəni özəl liseylərin şagirdləri əldə edib
-
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
“Bu, Türk birliyinin bariz nümunəsidir”
-
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub
-
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
-
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB
-
Rusiya ABŞ ilə diplomatik münasibətlərin statusunu aşağı sala bilər
-
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən həmin daş parçası Ağdam Cümə məscidində - VİDEO
-
Elmira Süleymanova dəfn edildi (YENİLƏNİB) (FOTO)
-
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
-
Xocalının Malıbəyli kəndində ən azı 6 nəfərə aid insan qalıqları aşkar edilib - FOTO/VİDEO
-
“Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapmasının özü ayarıca nüansdır”
-
“ABŞ-də insan haqları barədə hesabat hazırlanmalıdır”
-
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
-
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
-
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
-
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb - Yasemi Öztürk
-
Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
-
Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
-
Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir
-
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan
-
ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır
-
"Vardanyan istisnasız olaraq cinayətkatdır"
-
Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib
-
Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
-
Rusiya səfirliyi Türkiyə XİN-ə nota göndərib
-
“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”
-
Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
-
“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”
-
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
-
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
-
Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb
-
“Artıq bununla bağlı razılaşma əldə edilib”
-
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”
-
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay