Azərbaycanın İran siyasəti: praqmatizm, balans və yeni imkanlar - TƏHLİL
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO
Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | SƏMƏD VƏKİLOV YAZIR
ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO
14 Yanvar 2021 17:59
12 271
İşğaldan azad edilən ərazilərdəki abidələrin bərpası işinə ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. İlk bərpa işləri Şuşa şəhərində aparılacaq.
Bunu Mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir əlavə edib ki, daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin bunun üçün ilk növbədə həmin rayonlarda minalardan tam təmizlənmə aparılmalıdır.
Nazir deyib ki, işğaldan azad olunmuş ərazilərdə inventarlaşma işləri davam edir. Artıq 6 rayon üzrə məlumatlar əldə edilib: "Bu günə olan məlumata görə, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda, 372 tarixi mədəniyət abidəsi aşkarlanıb. Onlardan 195-i Şuşada yerləşir".
A.Kərimov hazırda əldə edilən məlumatların sistemləşdirildiyini vurğulayıb: "Bununla bağlı nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur".