Azərbaycan Rusiya şirkətlərinə qarşı tələblər irəli sürdü İqtisadiyyat

Y.Xanvəli qeyd edib ki, aparılmış təftişin yekunlarına əsasən, DBNX ilkin hesabat tərtib edəcək və həmin hesabatı "Rosselxoznadzor"un ünvanına göndərəcək: "Hesabatda aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılmasına dair tövsiyələr öz əksini tapacaq. Bundan əlavə, Azərbaycana heyvandarlıq məhsulları göndərilərkən irəli sürülən baytarlıq-sanitariya tələbləri yaxın vaxtlarda "Rosselxoznadzor"a təqdim ediləcək".
Mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycanlı müfəttişlər "Rosselxoznadzor"a bildiriblər ki, 2016-cı ildən etibarən bu qurumun nəzarəti altında Azərbaycana gətirilən məhsullar idxalatçıların reyestrinə daxil edilmiş müəssisələrdə istehsal olunmalıdır: "Bu tələb heyvanların yetişdirilməsi ilə, habelə insanların qidalanması üçün nəzərdə tutulmayan məhsullar istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə şamil edilmir. Bununla əlaqədar, "Rosselxoznadzor" istehsal etdikləri məhsulun Azərbaycan ərazisinə çatdırılmasında maraqlı olan Rusiya müəssisələrinin siyahısını yaxın müddətdə DBNX-yə təqdim edəcək. Bu halda Azərbaycan tərəfi həmin müəssisələrdə təftiş işləri aparmaq hüququnu özündə saxlayır".
Y.Xanvəli əlavə edib ki, "Rosselxoznadzor" rusiyalı inspektorlar tərəfindən attestasiya edilmiş müəssisələrin heyvandarlıq məhsullarını Azərbaycan ərazisinə göndərməyə bu şərtlə hazır olduğunu təsdiq edib ki, təftiş zamanı bildirilmiş iradlar aradan qaldırılsın: "Bu fəaliyyət çərçivəsində etibarsız sertifikatlaşdırmanı istisna edən və təhlükəli məhsulların qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisindən Rusiyaya çatdırılması cəhdlərinin qarşısını alan yanaşmalar tətbiq edilməlidir. "Rosselxoznadzor"da vurğulayıblar ki, heyvanların yoluxucu xəstəliklərinin qarşısının alınması və bu xəstəliklərə qarşı mübarizə sahəsində müştərək elmi-texniki araşdırmalar və tədqiqat proqramları gələcək ikitərəfli əməkdaşlığın perspektivlərindən biri ola bilər. Tərəflər bu səfərin və sonrakı dialoqun əhəmiyyətini qeyd edərək vurğulayıblar ki, bu, Rusiya-Azərbaycan münasibətlərinin konstruktiv inkişafına imkan verəcək, iki ölkə arasında qarşılıqlı etimad əsasında ticarət dövriyyəsinin artırılmasına şərait yaradacaq".
28 Avqust 2015 16:13
1 309
Xəbər lenti






.jpg)











.png)





.jpg)



























