“Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu“ İqtisadiyyat

“Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu“

Tural

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında şirkətlərdə korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti ilə bağlı verilmiş tapşırığa uyğun olaraq, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlimlərə başlanılmışdır.
Martın 1-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş "Xarici investisiyaların təşviqində korporativ idarəetmənin rolu" mövzusunda ilk təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə investisiya anlayışı, iqtisadiyyatın inkişafında xarici investisiyaların rolu və xarici investisiyaların təşviqində düzgün korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışlar. Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyəti nəzərə alınaraq belə təlimlər davam etdiriləcəkdir.