Neft kəskin bahalaşacaq İqtisadiyyat

Neft kəskin bahalaşacaq

Gələcəkdə neft qiymətlərində kəskin sıçrayış olacaq. Bu proqnozla dünyanın ən iri neft sektoru xidmət şirkəti olan "Halliburton"un (ABŞ) qlobal biznesin inkişafı üzrə vitse-prezidenti Mark Riçard (Mark Richard) İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxış edib.
Mark Riçard bildirib ki, neft qiymətlərində son illərdə baş verən azalma bu sahədə investisiyaların təxminən 2 trln. dollar azalmasına gətirib çıxarıb. İnvestisiyaların azalması bir neçə ildən sonra neft bazarına təsir edəcək və təklif tələbdən geri qalacaq.
"Gec və ya tez biz itirilənləri geri alacayıq. Neft qiymətlərində kəskin artım mütləq baş verəcək. Bunun 2020-2021-ci illərdə baş verməsi mümkündür", - deyə Mark Richard qeyd edib.