Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edildi
UEFA Avropa Liqası: “Qarabağ”ın növbəti mərhələdə potensial rəqibləri bəlli oldu
Beynəlxalq axtarışda olan şəxs Serbiyada tutularaq Azərbaycana ekstradisiya edilib
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
19 Avqust 2019 18:23
2 282
Azərbaycanda bu və ya digər layihənin maliyyələşdirilməsi üçün milli valyutanın istifadəsinə imkan yaranacağı təqdirdə Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələcəkdə manat istiqrazları buraxa bilər.
Bunu bankın prezidenti Dmitri Pankin deyib.
O bildirib ki, əsas məsələ maraqlı layihələr tapmaqdır:
“Layihələr olanda maliyyələşmə mənbələri məsələsini həll etmək lazım olacaq. Bu günədək biz layihələri maliyyələşdirmək üçün dollar və avrodan istifadə edirdik. Amma indi görürük ki, yerli bazarda pul cəlb etmək imkanı yaranıb ki, bu, bizim üçün yeni vəziyyətdir. Biz əvvəlcə layihə seçəcəyik və maliyyələşmə üçün milli valyutadan istifadə imkanlarını nəzərdən keçirəcəyik. Bu cür imkan olarsa, Azərbaycan manatında istiqrazların buraxılışını davam edəcəyik”.
QDTİB-in manat istiqrazlarına tələbat barədə danışan D.Pankin qeyd edib ki, bu istiqrazlarla bağlı gözləntilər elə də yüksək olmayıb:
“Biz bu nəticəni gözləmirdik. Gördük ki, tələb var, bazara maraqlıdır. Amma ən vacibi odur ki, bu istiqrazları Mərkəzi Bank vasitəsilə təkrar maliyyələşmə üçün istifadə etmək olar. Boz manat istiqrazları buraxan ilk beynəlxalq bank olduq, çünki bizim bu regionda təcrübəmiz var. Biz Gürcüstanda istiqrazlar buraxmışıq. Bunun necə işlədiyini bilirik”.