Bu həftə paytaxtın 7 ünvanında mənzillər səyyar qeydiyyata alınacaq İqtisadiyyat

Bu həftə paytaxtın 7 ünvanında mənzillər səyyar qeydiyyata alınacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən istismarına icazə verilən binalardakı mənzillərin dövlət qeydiyyatına alınması məqsədilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkil olunur. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.
Komitədən bildirilib ki, dekabrın 23-dən 29-dək 7 ünvanda göstəriləcək qeydiyyat xidməti 1300-dək mənzili əhatə edəcək.
Qeydiyyat kampaniyası dekabrın 23-də D.Bünyadzadə küçəsi, 11D, dekabrın 24-də M.Seyidov küçəsi, 3149-cu məhəllə, dekabrın 25-də Moskva prospekti, 3168-ci məhəllə, dekabrın 26-da D.Bünyadzadə küçəsi, 15A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, dekabrın 28-də Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, dekabrın 29-da isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək. Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.