Hava nəqliyyatı ilə sərnişindaşıma artıb İqtisadiyyat

Hava nəqliyyatı ilə sərnişindaşıma artıb

Cari ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 2,5 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.