Aİ müdafiə komissarı: Rusiya növbəti 2-4 il ərzində NATO-nu sınağa çəkə bilər
FHN yanında İctimai şuranın üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər
“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Rusiya ordusunun Nikopola artilleriya zərbəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb
10 İyun 2020 18:01
2 282
Bu ilin yanvar-may aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 28 milyon 524,8 min manatlıq məhsul istehsal olunub. Sənayedə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz və ya 7 milyon 636,4 min manat artıb. Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, istehsal olunan sənaye məhsulunun 11,8 faizi dövlət, 88,2 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Hesabat dövründə sənaye məhsullarının 83,4 faizi emal, 10,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 4,8 faizi isə mədənçıxarma sektorlarında istehsal edilib. Beş ayda rayonda 2 milyon 979,1 min manatlıq sənaye məhsulu ixrac olunub. İxrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 194,8 min manat və ya 7 faiz artıb.