Azərbaycan Rusiyanın homopolimer idxalında liderdir İqtisadiyyat

Azərbaycan Rusiyanın homopolimer idxalında liderdir

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilenin homopolimer (HOMO) çeşidi Rusiyanın bu növ məhsul idxalında ilk sıradadır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aprel ayında Rusiyanın polipropilen idxalında “SOCAR Polymer”in payı 61 faiz, cari ilin əvvəlindən isə 42 faiz təşkil edib.
Qeyd edək ki, “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsalını həyata keçirir ki, istehsalın da 75 faizdən çox hissəsi ixrac üçün nəzərdə tutulur.