Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
24 Sentyabr 2020 12:31
1 967
Aviabiletlərin qiymətində endirimlər müşahidə olunur.
Bunu açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib. Onun sözlərinə görə, endirimlərə səbəb son günlər açılan yeni istiqamətlərdir:
“Pandemiyanın ən kəskin dövründə bütün istiqamətlər üzrə reyslər dayandırılmışdı. Daha sonra mərhələli şəkildə açılmağa başlasa da, qiymətlər normal satış qiymətlərindən 70%-80% daha baha idi. Bu da onunla əlaqəli idi ki, təyyarələrdə insan sıxlığının qarşısını almaq üçün bütün oturacaqlar satışa verilmirdi. Bundan əlavə reyslərin sayı çox az idi deyə xərcləri qarşılamaq üçün qiymət artımı olmuşdu. Ancaq hazırki vəziyyət də onu göstərir ki, yeni istiqamətlər üzrə uçuşlar bərpa olunduqca qiymətlərdə enmələr müşahidə olunur. Düzdü bu fərq elə də böyük deyil, ancaq gələcəkdə də reyslərin sayı artıqda əvvəlki qiymətlərin qayıtması gözlənilir”.
R. Gəncəliyev qeyd edib ki, hazırda Bakı-İstanbul istiqaməti üzrə AZAL və Türk Hava Yolları xüsusi reyslər həyata keçirir, Antalya, Ankara istiqamətində yalnız AZAL uçuşlar edir. Bu gündən Rusiyanın "Aeroflot" şirkəti oktyabrın birinci yarısına kimi Bakıdan Moskvaya uçuşlar həyata keçirəcək. Minsk və Dubay istiqamətinə isə hər iki ölkənin öz aviaşirkətləri uçuşlar həyata keçirir.
14 Noyabr 17:56
1 596
14 Noyabr 17:40
1 561
14 Noyabr 17:19
1 736