WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
13 Yanvar 2021 10:01
1 855
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2020-ci il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.
"APA-Ecocomics"in EIA-yə istinadən verdiyi məlumata görə, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olub ki, bu da əvvəlki proqnozla müqayisədə 10 min barel çoxdur.
Bununla yanaşı, EIA Azərbaycanın 2021-ci ildə neft hasilatı üzrə proqnozunu da artırıb. Belə ki, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel təşkil edəcək (dekabr ayı üçün verilən proqnoza görə, bu göstərici 720 min barel təşkil etməli idi).
Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artacaq və 780 min barel təşkil edəcək.
EIA-in göstəricilərinə əsasən, 2019-cu ildə Azərbaycanda ortalama gündəlik neft hasilatı 780 min barel olub.
16 May 10:37
1 904
15 May 17:25
1 897
15 May 15:45
1 918