SOCAR yanacağın qiymətini yenidən ucuzlaşdırdı İqtisadiyyat

SOCAR yanacağın qiymətini yenidən ucuzlaşdırdı

ARDNŞ şirkəti Gürcüstanda yanacağın qiymətini yenidən ucuzlaşdırıb.
Axar.az xəbər verir ki, ARDNŞ-in törəmə şirkəti olan "SOCAR Georgia" bu ölkədə satılan "Premium" markalı benzinin qiymətini 1,94 lariyə, yəni 80 qəpiyə endirib.
"SOCAR Georgia" şirkəti sonuncu dəfə ötən il dekabrın 25-də yanacağın qiymətini 2,01 lariyə qədər ucuzlaşdırmışdı.
Qeyd edək ki, Gürcüstanda satılan "Premium" markalı benzin ölkəmizdə satılan eyni markalı benzindən hazırda 15 qəpik ucuzdur.