Trampdan Rusiya və ABŞ vətəndaşlarının mübadiləsinə yardım xahişi
Məktəblərdə tarix və ədəbiyyat fənləri birləşdirilir: "Elə etməliyik ki, şagirdlərə yük olmasın"
Azərbaycan "Premium Euro-95" markalı benzin idxalını 1,7 dəfədən çox artırıb
Türkiyə klubunun hücumçusu Özbəkistanın ən yaxşı futbolçusu seçilib
5 Mart 2021 17:51
4 592
Qlobal iqtisadiyyat ən vacib materiallardan biri sayılan qum çatışmazlığı ilə üzləşə bilər.
"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Qeyd olunur ki, bu, XXI əsrin ən böyük problemlərindən biri ola bilər. Belə ki, qum sudan sonra ən çox tələb olunan ikinci mənbədir. Qum yolların, körpülərin, yüksək sürətli keçidlərin tikintisində istifadə olunan əsas materialdır. Bu məhsul şüşənin, silikon çiplərin və digər məhsulların istehsalında da istifadə olunur. Xüsusilə, bir ton sement istehsalı üçün 10 ton qum tələb olunur. Təkcə inşaat sektoru hər il 40-50 mlrd. ton arasında qum istehlak edir.