“Rəqəmsal bacarıqlar artıq zərurətdir”
14 May 20:12
14 May 20:12
14 May 20:11
14 Aprel 2021 12:21
2 842
Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manat üçün infrastrukturun yaradılması istiqamətində işlərə başlayıb.
Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.
Qeyd olunub ki, bu istiqamətə analiz və tədqiqat işləri görülür və qısa zamanda nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, hazırda bir sıra ölkədə daxili rəqəmsal valyutaların yaradılması məsələsi gündəmdədir. Məsələn, Avropa Mərkəzi Bankının rəhbərliyi bütün yerli mərkəzi banklara tövsiyələr verib ki, onlar öz "stablecoin"lərini yaratsınlar. Yaxın 5 ildə Avropa öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir. Bu gün Çin də artıq öz rəqəmsal valyutasını – rəqəmsal yuan yaradıb və sınaqdan keçirir.
14 May 18:37
1 176
14 May 16:22
1 302
14 May 14:43
1 316