“İdeyadan biznesə doğru” İqtisadiyyat

“İdeyadan biznesə doğru”

Tural

Yanvarın 30-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi "İdeyadan biznesə doğru" müsabiqəsinin yekunlarına dair tədbir keçirilib. Müsabiqənin keçirilməsində başlıca məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak etmişdir.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, "Azərbaycan xachmaz-30-01-2015-2gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında da gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi başlıca vəzifələrdən biri kimi müəyyən edilmişdir. Hazırda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes layihələrin, startapların dəstəklənməsi, yeni innovativ ideyaların reallaşdırılması üçün aidiyyəti üzrə tədbirlər həyata keçirilir, gənclərə konsaltinq və informasiya xidmətləri göstərilir. Belə ki, 2014-cü ildə 1249 gənc sahibkara 49,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 2400-dən çox yeni iş yeri yaradılmışdır. Bundan başqa, hər il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir qrup gənc sahibkar və menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. Təkcə 2014-cü ildə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 gənc sahibkar və menecer Almaniyada təcrübə keçmişlər.
Gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi" həyata keçirilir. 2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes xachmaz-30-01-2015-3inkubator fəaliyyətə başlamışdır. Artıq biznes-inkubatorun fəaliyyətinin birinci mərhələsi başa çatmışdır. Belə ki, biznes inkubatorun ilk iştirakçısı olmuş 20 gənc sahibkara müvafiq biliklər verilmişdir. Ötən il həmçinin, biznes inkubator iştirakçıları arasında "İdeyadan biznesə doğru" müsabiqəsi elan edilmiş, müsabiqəyə kənd təsərrüfatı, turizm, kommersiya və s. sahələr üzrə 16 biznes ideya təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bu cür tədbirlərin regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, iqtisadi aktivliyinin yüksəldilməsində, gənclərin fəallığının artırılmasında, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafında əhəmiyyətli olacağını qeyd etmişdir. Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə elan olunmuş "İdeyadan biznesə doğru" müsabiqəsinin qalibləri elan olunmuş, onlara mükafat və hədiyyələr təqdim edilmişdir. Bundan başqa, biznes inkubatorun 12 iştirakçısı təlimlərdə fəal iştiraka görə sertifikatlara layiq görülmüşlər.