“Gülənlə Əli Kərimlinin əməkdaşlığı mövcuddur” Müsahibə

“Gülənlə Əli Kərimlinin əməkdaşlığı mövcuddur”

Niyaməddin Orduxanlı: "Fətullah Gülənin icazəsi olmadan Əli Kərimli "Barış TV"-də veriliş yayımlaya bilərdmi?"


Keçən ay Türkiyədə baş verən hərbi çevriliş cəhdi Azərbaycanda da bir sıra məqamlara aydınlıq gətirdi. Məlum oldu ki, Türkiyə dövlətinə qarşı amansız mübarizəyə start verən Fətullah Gülən və onun şəbəkəsinin Azərbaycanda da əlaltıları var. Əslində Azərbaycanda Gülən şəbəkəsinə xidmət edən şəxslərin olduğu barədə zaman-zaman fikirlər səslənirdi. Ancaq onların sırasında AXCP və onun sədri Əli Kərimlinin olması cəmiyyət üçün o qədər də aydın deyildi. Artıq aparılan araşdırmalar, eləcə də Əli Kərimli və onun yaxın ətrafının 15 iyul hadisələrindən sonra sərgilədiyi mövqe Gülən-Kərimli əlaqələrinin mövcudluğunu təsdiqləyir. Bəs, görəsən bu əməkdaşlıq nəyə hesablanıb və Əli Kərimli bundan hansı mənfəətlər əldə edib? Bu və ya digər suallarla bağlı Bütöv Azəbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Niyaməddin Orduxanlı ilə söhbətləşdik.
-Niyaməddin bəy, Gülən Hərəkatının Azərbaycandakı əlaltıları sırasında Əli Kərimli və onun ətrafının da olduğu bildirilir. Sizcə, Əli Kərimlini Fətullah Gülənə meyillənməyə nə vadar edib?
-Əli Kərimlini uzun illərdi tanıyan biri kimi deyə bilərəm ki, bu adam öz şəxsi mənafeyi üçün istənilən şəxslə, qurumla, təşkilatla, dövlətlə ( Rusiya, ABŞ), o cümlədən Fətullah Gülənlə də açıq və ya gizli şəkildə əməkdaşlıq edə bilər. Bu, birmənalıdır. Siz özünüz uzun illərin peşəkar jurnalistisiniz. Əli Kərimli barədə dediyim bu faktların siz də mənim kimi şahidi olmusunuz. Zaman-zaman Əli Kərimli Rusiyapərəst də olub, Qərbpərəst də, İranpərəst də. Əsas məqsəd hədəfə çatmaq və maliyyə vəsaiti qopartmaq. Türkiyədə 15 iyul hadisəsindən sonra Türkiyə cəmiyyətində gedən prosesləri izlədik. Bilirsiniz ki, Gülənin bütün yaxın silahdaşları və onunla birgə əməkdaşlıq edən şəxslər, qurumlar nəzarətə götürüldü. Və onlarla mediya, televiziya kanalları bağlandı. Bağlanan kanalların biri olan "Barış TV" Əli Kərimlinin "Azərbaycan saatı" verlişini Türkiyədən yayımlayırdı. Hər gün bu kanal vasitəsilə Qənimət Zahid Əli Kərimlinin tapşırığı və göstərişi ilə Azərbaycan dövlətininə və onun rəhbərliyinə böhtan yağdırırdı Özunuz fikirləşin , Fətullah Gülənin icazəsi olmadan Əli Kərimli "Bariş TV"-də veriliş yayımlaya bilərdmi? Elə bu fakt onu deməyə əsas verir ki, Gülənlə Əli Kərimlinin əməkdaşlığı mövcuddur.
-Hətta Gülənçilərin Əli Kərimliyə maliyyə vəsaiti də ayırdığı bildirilir. Sizcə, bu doğrudurmu və Əli Kərimliyə maliyyə vəsaiti hansı məqsədə ayrılıb?
-Əli Kərimlinin pula çox böyük sevgisi var. Bu, adam ancaq pul almağı xoşlayır. Özü də çox bədxərc adamdır. Onun ətrafında olan adamlar mənim fikirimi birbaşa təsdiq edə bilərlər. Bir sözlə pul hərisidir. Gülən şəbəkəsinin Azərbaycanda mövcudluğu və bu şəbəkənin maliyyə xərclərinin olması bu günün mövzusu deyil. Sizə bununla bağlı hələ bir neçə il bundan qabaq BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin həm parlamentdə, həm də mediada əsaslı faktlar qaldırdığını xatırlada bilərəm. Bunlar həm hakmiyyətdə təmsil olunan, həm də müxalifət adı ilə fəaliyyət göstərən şəxslərlə də işbirliyi qurublar. Maliyyənin də xərclənməsi bəllidir. Əli Kərimli hər zaman pulu hər şeydən üstün tutub. Belə olmasa idi, ona böyük etimad göstərən AXCP sədri Əbülfəz Elçibəyə xəyanət edərdi? Bəli, Kərimli məhz pula , mandata, yaxşı şəraitə görə Əbülfəz Elçibəyə xəyanət edirdi.
-İstər Qənimət Zahidin Gülənə yaxınlığı ilə seçilən "Barış TV"-də Azərbaycan saatı verilişi aparması, istər Meydan TV-də Gülənlə müsahibənin yayınlanması açıq şəkildə Gülən Hərəkatı ilə Əli Kərimlinin əlaqələrinin göstəricisi deyilmi?
-Birbaşa onun göstəriçisidir. Bu hadisəsən sonra görürük ki, yeni türmədən çıxmış Xədicə İsmayıl Əli Kərimlinin müdafiəsi ilə məşğul olur. Yazır ki, bəs Əli Kərimliyə şiəpərst deyirdiniz, indi də etmisiniz Güllənçi. Çox maraqlıdır. Sual yaranır, Xədicə İsmayıl sən Əli Kərimlinin vəkilisən? Yoxsa Əli Kərimlinin sözçüsü? Bəlkə, Əli Kərimli Xədicə İsmayılı özünün mətbuat xidməti götürüb? Bu birbaşa onu göstərir ki, Xədicə İsmayıl hələ də "Yurd"un ən fəal üzvü kimi qalır. Xədicənin suallarına gəldikdə isə dəqiq deyə bilərəm ki, hətta Xədicə İsmayıl da çox yaxşı bilir ki, Əli Kərimli istənilən anda həm olur şiə məzhəbli, həm də olur sünnü məzhəbli. Biz nə edək ki, Kərimli bunu çox məharətlə bacara bilir. Milli Şuraya iranpərəst Taleh Bağırzadəni üzv edir, Qənimət Zahid üçünsə Gülənin kanalında verliş ala bilir. Əslində bunu Əli Kərimlidən başqa heç kim bacarmazdı.
-Sizcə, Gülən hansı səbəbdən Azərbaycanda özünə daha ciddi bir siyasi dəstək tapmağa maraqlı olmayıb və Əli Kərimli ilə əməkdaşlığa meyil göstərib?
-ABŞ çox yaxşı bilir ki, Əli Kərimlidən necə istifadə etmək olar. Hər halda bu onların öz seçimidir. Bu yaxınlarda Əli Kərimli 22 yaşlı İngiltərədə oxuyan oğlunu da öz çirkin siyasətinə bulaşdırması təsadüfi deyildi. Oğlu vasitəsi ilə ABŞ-a mesaj göndərdi. Özünüz fikirləşin, görün , Əli Kərimli necə iliyinə qədər siyasiləşib ki, öz doğma oğlunu da siyasətə qatır və ondan da məqsədi üçün istifadə edir.
-Əgər Türkiyədə hərbi çevriliş cəhdi baş tutsaydı Gülənçilər eyni ssenarini Əli Kərimlinin əli ilə Azərbaycanda təkrarlayacaqdımı?
-Azərbaycanda hansısa qüvvənin qiyam yolu ilə hakmiyyəti devirməsi qeyri-mümkün görünür. Və məncə, bu gün Azərbaycan xalqı çox yaxşı bilir ki, ölkənin sabitliyini pozmaq yolverilməzdir. Və bunu kim edərsə, xalq tərəfindən ağır şəkildə cəzalandırılar. Hələ 1994-95 ci illərdə mərhum Heydər Əliyevin dövründə buna cəhd ediblər və Heydər Əliyevin cəsarətli və ağıllı siyasəti nəticəsində bunun qarşısı qətiyyətlə alınıb. Onun çağrışı ilə yüz minlərlə insan Azərbaycanın müstəqliyini və azadlığını qoruyub. Bəli, bu bir tarixdir. Azərbaycan dövlətinin bu gün də müstəqil yaşamasının əsas səbəbkarı mərhum Heydər Əliyevlə bağlıdır. Bu günə gəldikdi isə, düşünürəm ki, dövlət belə bir vəziyyətlə üzləşərsə, cənab prezident İlham Əliyevin bir çağrışı ilə yüz minlərlə və milyonlarla insan İlham Əliyevi dəstəkləyər və müstəqil Azərbaycanı qoruyar. Ancaq düşünmürəm ki, hansısa belə bir qüvvə Azərbaycanda buna cəhd etsin və belə bir qüvvənin mövcudluğu da görünmür. Əli Kərimli bu mənada çox cılız görünür.