AŞPA-da Azərbaycanın qələbəsi, Qarabağ müzakirələri və seçki missiyası Siyasət

AŞPA-da Azərbaycanın qələbəsi, Qarabağ müzakirələri və seçki missiyası

"AŞPA-nın Milli Məclisə seçkiləri müşahidə missiyası Azərbaycanı təcrid etməyə cəhd göstərən böyük xarici təzyiqə baxmayaraq, işini davam etdirir".
Bu barədə hazırda Strasburqda AŞPA-nın sessiyasında iştirak edən Milli Məclisin üzvü Elxan Süleymanov deyib.
Onun sözlərinə görə, bu sessiya tamamilə Azərbaycanda qarşıdakı 1 noyabr parlament seçkilərinin seçki müşahidə missiyasını nəzərdən keçirmək, yaxud təsdiqləmək təklifinə dair səsvermə vasitəsilə Büronun qəbul edəcəyi və plenar iclasda təsdiqlənməli olan qərarla xarakterizə olunub: "Digər mühüm hadisələrə EPP qrupunda AŞPA-nın gələcək sədrinin seçilməsi, sosialistlərin yeni liderinin seçilməsi və son olaraq, Assambleyanın baş katibinin seçilməsi daxil idi".
E. Süleymanov əlavə edib ki, AŞPA-nın iki komitəsində işğal edilmiş Dağlıq Qarabağa dair birbaşa bəyanatlar verilib və məruzələr elan edilib.
Sentyabrın 28-də keçirilən Büro iclasında AŞPA sədri Ann Brassör və baş katib Saviçkinin Azərbaycanda 1 noyabr parlament seçkilərinin seçki müşahidəsinin DTİHB-nin Azərbaycanda 1 noyabr parlament seçkilərini müşahidə etməmək barədə qərarı fonunda vəziyyəti nəzərdən keçirməklə bağlı fikirlərinə münasibət bildirən E. Süleymanov qeyd edib ki, bu şəxslər artıq üçüncü dəfədir ki, Azərbaycana seçki müşahidə missiyasını "nəzərdən keçirilmək" üçün Büronun gündəliyinə daxil edirdi: "Bir neçə həftədən bəri aydın idi ki, onlar beynəlxalq aləmdə Azərbaycanı gözdən salmaq və təcrid etmək məqsədilə bütün seçki müşahidə missiyalarını ləğv etmək niyyətində olan korporativ qüvvələrin bir hissəsidir. Avropa Parlamenti, ATƏT/DTİHB və ATƏT Parlament Assambleyasının bütün seçki müşahidə missiyalarını ləğv etmək barədə qərarından sonra bu qurumların rəhbərləri Azərbaycanın tam təcrid edilməsi və qarşıdakı seçkilərin öz etibarlılığını tamamilə itirməsi məqsədilə AŞPA-nı da eyni addım atmağa çağırdı. Digər Avropa institutlarının da bu nümunəyə uyğun hərəkət etməsi üçün AŞPA-nın bütün aidiyyəti şəxslərinə böyük təzyiq göstərilirdi. Məmurlardan ibarət ofis olan ATƏT/DTİHB bu çirkin geosiyasi oyunda başlıca rol oynayırdı. Heç bir seçilmiş nümayəndə onlara nəzarət etmir və onlar sırf xüsusi şəxsi siyasi proqrama malik ofisdir. Bu səbəbdən son illər DTİHB-nin bütün digər beynəlxalq təşkilatlarla xeyli münaqişəsi olmuşdu.
Eyni zamanda bu dəfə ATƏT/DTİHB-nin Azərbaycan hakimiyyətinə etdiyi müraciətlər o dərəcədə absurd idi ki, belə qənaətə gəlmək olar ki, bu təkliflər qəbul edilmək üçün irəli sürülməmişdi. ATƏT-in direktoru Link müşahidə missiyasını ləğv etmək qərarı verdikdə (bu, çox tez baş verdi) bütün digər təşkilatlara da belə qərar vermələri üçün təzyiq göstərilməsinə yol açıldı. Əksər müşahidəçilər, şübhəsiz, AŞPA-nın DTİHB-nin mövqeyini təkrarlayacağını və beləliklə, 1 noyabr seçkilərində heç bir beynəlxalq təşkilatın iştirak etməyəcəyini gözləyirdi. Bu, AŞPA Bürosunun Azərbaycana dair qərarının yüksək əhəmiyyətini izah edir. Büro üzvləri öz müstəqilliklərindən əl çəkib, DTİHB məmurları kimi hərəkət edəcək yaxud güclü mövqe nümayiş etdirib, öz təşkilatını müdafiə edəcək? Nəticə etibarilə, müdriklik üstün gəldi və Büroda baş tutan həlledici səsvermədə 17 səs lehinə, 10 səs əleyhinə olmaqla, qələbə əldə edildi, çünki həqiqətən də AŞPA-nın bu seçki müşahidə missiyasına haqq qazandıran bir çox arqumentlər vardı. Vurğulamaq istərdim ki, Sədarət Komitəsində də Andres Qross istisna olmaqla, üzvlər seçki müşahidə missiyasının göndərilməsinə səs veriblər. Cənab Çuklanın (ALDE) rəhbərlik etdiyi AŞPA-nın seçkiqabağı missiyası da artıq eyni nəticəyə gəlib və bu, məruzəçilər cənab Konde (EPP) və cənab Tadeuş İvinski (SOC) tərəfindən bütün Büro üzvlərinə yaxşı izah edilib. Bütün qərb diplomatları, müstəqil müsahiblər də açıq-aydın eyni fikri səsləndirdi, belə ki, onlar da bir çox və müxtəlif səbəblərə görə AŞPA-nı Azərbaycana SMM-ni ləğv etməməyə çağırdı".
Onun sözlərinə görə, daha vacib məqam o idi ki, Bakıda xeyli sayda yerli QHT-lər, insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti fəalları ilə dəyirmi masa zamanı bütün müsahiblər AŞPA-nın bu seçki müşahidə missiyasını göndərməsi barədə yekdil çağırış etdi.
E. Süleymanov bildirib ki, seçki müşahidəçilərinin Bakıya gəlməsi ilə bağlı qərar Azərbaycanın böyük nailiyyətidir: "Çünki ümumi təcridetmə və ölkəmizə ziyan vurmağa çalışan xarici korporativ maraqların qarşısı alındı".
E. Süleymanov AŞPA-nın iki komitəsində Dağlıq Qarabağla bağlı müzakirələrin aparıldığını qeyd edib: "Cənab Volter Siyasi Məsələlər Komitəsində Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğalına dair məruzə ilə bağlı hesabat hazırladı. O, işğal edilmiş ərazilərə keçidin sistemli şəkildə Ermənistan tərəfindən rədd edilməsini vurğuladı və Komitədə kəskin narazılıqlar səsləndirdi. Ermənilər çox aqressiv tərzdə cavab verdilər və müzakirə zamanı otaqdakı deputatların rəğbətini itirdilər. Getdikcə daha və daha aydın olur ki, Ermənistan təkcə bu sahədə deyil, həmçinin siyasi institutlarda ifadə etdikləri dilləri onların həqiqi təcavüzkar olmasını göstərir. "Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir" (Sərsəng məruzəsi) adlı məruzəsi üzrə məruzəçi xanım Markoviç də eyni vəziyyətlə qarşılaşıb. Xanım Markoviçə də Sərsəng hövzəsinə keçməyə icazə verilməyib və o, Ermənistanın Avropa Şurasının əsas prinsiplərinə qarşı gedən rədd cavabına kəskin etiraz etdi. Hər iki məruzəçinin Ermənistan tərəfindən faktiki qiymətləndirmələrin daxil edilmədən, noyabr ayında bu məsələni yenidən müzakirə edəcəyi gözlənilir. Məruzələr əlbəttə ki, Ermənistanın pis niyyətini vurğulayacaq və Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə nə baş verməsi ilə bağlı beynəlxalq ictimai fikirdə məlumatlılığı artıracaq. Aydındır ki, onların məqsədi Azərbaycan ərazilərinin təcavüzkar və qanunsuz işğalını ört-basdır etməkdir, lakin etiraz etmələri birbaşa onların maraqlarının əksinə gedəcək. Onların bu məsələ ilə bağlı Avropa Şurası ilə əməkdaşlıqdan imtina etməsi qəbul edilməyəcək. Bir daha təəssüf hissi ilə bildirirəm ki, digər beynəlxalq təşkilatlar güc mərkəzlərinin sifarişlərinə uyub onlara sadiq tərəfdaş olan Azərbaycanda seçkiləri müşahidə etməkdən yayınmaqla çox yanlış və uğursuz bir siyasi addım atdılar. Bu addım onların Azərbaycana qarşı məkrli məqsədlərinin mahiyyətini çılpaqlığı ilə göstərdi. Sonda AŞ-da böyük təzyiqlərə baxmayaraq, müşahidə missiyasının göndərilməsinə səs verən həmkarlarıma öz təşəkkürümü bildirirəm".