“Intensiv danışıqlar gedir” Siyasət

“Intensiv danışıqlar gedir”

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli o zaman ola bilər ki, işğalçı ölkə öz qeyri-konstruktiv mövqeyindən əl çəksin və Azərbaycanın topaqlarını geri qaytarsın. Hesab edirəm ki, bu məsələ daha aktualdır". Bunu İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov Ermənistanın cəbhə boyu kənd və qəsəbələri boşaltmasına münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, bu gün Ermənistan və Azərbaycan arasında intensiv danışıqlar gedir: "Bu, həm hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində davam etdirilir. Heç şübhəsiz ki, bu gün Ermənistan-Azərbaycan təmas xəttində mütəmadi davam edən hərbi təlimlər erməni hərbçilərini təşvişə salıb. Artıq onlar Azərbaycan ordusunun gücündən ehtiyatlanırlar. Hətta şahidiyik ki, Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə dəfələrlə görüşdə Azərbaycanı ona şikayə edib. Məhz buna görə də rəsmi İrəvan təşviş içərisindədir".