Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Dövlət başçısı Naxçıvan Muxtar Respublikasına səfər edib

Dövlət başçısı Naxçıvan Muxtar Respublikasına səfər edib Siyasət

Dövlət başçısı Naxçıvan Muxtar Respublikasına səfər edib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib. APA-nın məlumatına görə, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar.
Prezident Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb.
İlham Əliyev səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində aeroportun fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi artırmaq məqsədilə alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlərə baxıb. Sonra İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov prezidentə məlumat veriblər ki, inşasına ötən ilin martında başlanılan bina ən müasir səviyyədə tikilib. Diqqətə çatdırılıb ki, aerovağzal binasının yenidən qurulması və bərpasından sonra aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaq. Bu isə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası hava limanının strateji yükünü daha artıracaq.
Səfər çərçivəsində İlham Əliyev həmçinin Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Dövlət başçısı Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində də iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə ətraflı məlumat verib. Bildirilib ki, yeni istifadəyə verilən müasir kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcək. Sonra İlham Əliyev sutəmizləyici qurğunu işə salıb.
Prezident İlham Əliyev səfər çərçivəsində həmçinin Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda aparılan tikinti işləri iki ilə başa çatdırılıb. Yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilib. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib, yeni yolda avtomobili idarə edib.
İlham Əliyev Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında da iştirak edib. Bildirilib ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılıb.
Dövlət başçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının, Gənclər Mərkəzinin açılışında iştirak edib. Prezident Muxtar Respublikanın Biznes Mərkəzində yaradılan şəraitlə də tanış olub.
Prezident İlham Əliyev Naxçıvan avtomobil zavodunda istehsal olunan avtomaşınlara da baxıb. Bildirilib ki, hazırda 62 nəfərin işlədiyi müəssisədə 9 müxtəlif modifikasiyada avtomobil istehsal olunur.
İlham Əliyev həmçinin yeni yaradılan "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi ilə də tanış olub. Qeyd edək ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır.