“ABŞ və Kanada ictimaiyyətinə “erməni soyqırımı” iddialarının əsassız olduğunu izah edəcəyəm” Siyasət

“ABŞ və Kanada ictimaiyyətinə “erməni soyqırımı” iddialarının əsassız olduğunu izah edəcəyəm”

"Qondarma "erməni soyqırımı" iddialarının əsassız olduğunu ABŞ və Kanada ictimaiyyətinə izah edəcəyəm".
Bunu tanınmış tarixçi, İstanbul Universitetinin müəllimi, tarix elmləri doktoru Mehmet Perinçek deyib. Aprelin 1-də ABŞ və Kanadaya başlayan bir aylıq səfərinin məqsədindən danışan M. Perinçek bu ölkələrin müxtəlif əyalətlərində qondarma "erməni soyqırımı" iddialarına dair həqiqətləri ictimaiyyətə çatdıracağını vurğulayıb: "Səfər AFAA, Tələt Paşa Komitəsi, Türk Vətənsevərlər Birliyi tərəfindən təşkil edilib. Bir ay ərzində ABŞ və Kanadanın 15 şəhərində çıxışlarım olacaq. Çar Rusiyası, SSRİ və Rusiya Federasiyasının arxivlərindən əldə etdiyim materiallar əsasında "erməni soyqırımı" iddialarının tarixi həqiqətləri əks etdirmədiyini ABŞ və Kanada vətəndaşlarına izah edəcəyəm. AİHM-in 1915-ci il hadisələrini "soyqırım" kimi xarakterizə etməməsi çıxışlarımın dayaq nöqtələrindən biri olacaq. Arxiv materiallarına söykənən çıxışlarımın ABŞ və Kanadadakı qondarma "erməni soyqırımı" iddialarına xeyli aydınlıq gətirəcəyinə inanıram".
Qeyd edək ki, elmi dairələr tarix elmləri doktoru M. Perinçeki qondarma "erməni soyqırımı" iddialarına rus arxivlərindən əldə etdiyi materiallarla obyektiv şəkildə aydınlıq gətirən tarixçi kimi tanıyır.