Rus “kartı” İrəvanda açıldı Siyasət

Rus “kartı” İrəvanda açıldı

Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaradılmasına qarşıdır"

İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan pprezidenti Serj Sarkisyanla görüşüb.
Rusiya kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ bölgəsindəki son münaqişəli situasiyanı da diqqətdə saxlayıblar.
Rusiyalı nazir erməni prezidentlə görüşdə deyib ki, cəbhədəki son hadisələrdən hələ ki danışıqlar masasına qayıtmaq çətindir: "Vəziyyət bir az sakitləşməli, insanlar rahat olmalıdırlar".
Lavrov münaqişənin yalnız sülh yolu ilə həllini mümkün saydıqlarını vurğulayıb, arabağla bağlı danışıqların davam etdirilməsinin vacibliyindən danışıb.
"Hesab edirəm ki, müəyyən çətinliklər olsa da, ümumilkdə atəşkəs rejimi pozulmur. Prezident Vladimir Putin şəxsən 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs müqavilələrinin şərtlərinə əməl olunmasını istəyir.
Yaranmış situasiyanı Ermənistan və Azərbaycanın adından həll edə bilmərik, lakin zorakılığın qarşını alacaq nəzarət mexanizmlərinin təmas xəttində tətbiq olunmasını və münaqişənin danışıqlar yolu ilə həll olunması sahəsində öz dəstəyimizi göstərməkdə davam edəcəyik.
Düşünürəm ki, ATƏT-in Minsk Qrupu üzərinə düşən vasitəçilik funksiayalarını icra etməkdə davam etməlidir".
Lavrov deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaradılmasına qarşıdır: "Biz bütün tərəflərin dəstəkləmədiyi paralel kanalların axtarışına, yeni mexanizmlərin yaradılmasına qarşıyıq. Bu yalnız əsas hədəfdən – təhlükəsizliyin təmin olunması, yeni itkilərin qarşısının alınması və siyasi prosesin bərpası üçün şərtlərin yaradılması fikrini yayındıracaq".
Rusiya XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı tərəflər (Azərbaycan və Ermənistan) öz aralarında razılığa gəlməlidir: "Rusiya, Fransa və ABŞ bu məsələdə onlara yardım etməyə çalışacaq".
Qeyd edək ki qondarma "soyqırım" avidəsini ziyarət edən Lavrov İrəvanda keçurdiyi mətbuat konfransında ermənilərin əsassız arqumentlərindən çıxış edərərk Türkiyənin ünvanına ittihamlar səsləndirib. Onun qənaətinə görə, Türkiyənin Dağlıq Qarabağ üzrə bəyanatları münaqişənin nizamlanmasına yardım etmir, əksinə müharibəyə çağırışdır: "Hesab edirəm ki, Türkiyə rəhbərliyinin dilindən səslənən bu bəyanatlar qəbuledilməzdir. Çünki tərəflərə müharibə çağırışıdır. Bu, ATƏT-in Minsk qrupu həmsdərlərinin, beynəlxalq birliyin mövqeyinə kökündən ziddir".
Rusiya XİN rəhbəri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi, diplomatik yolla həll oluna bilər: "Moskva Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan müddətsiz razılaşmaya riayət olunmasını tərəfdarıdır".
Lavrovun sözlərinə görə, ATƏT-in vasitəçiliyi ilə qarşılıqlı inam yaratmaq, gərginliyin azaldılması və snayperlərin geri çəkilməsi üzrə razılaşmaları yekunlaşdırmaq lazımdır: " Münaqişənin siyasi yolla həll olunmasına gəldikdə isə biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərin baş verməməsi üçün mümkün olan hər şeyi etmək lazımdır".
"Son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımlar razılaşdırılıb ki, bunları həyata keçirmək lazımdır" - deyən Lavrov bildirib ki, həmin addımlara insidentlərin araşdırılması və digər etimad tədbirləri daxildir: "ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir. Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq".
Kazan sənədi ilə bağlı jurnalistin sualına Sergey Lavrov belə cavab verib: "Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib".