“Bakının İrəvana xəbərdarlıq mesajı işə yarayıb” Siyasət

“Bakının İrəvana xəbərdarlıq mesajı işə yarayıb”

"Erməni separatçıları Dağlıq Qarabağda hava limanı tiksələr də, illərdir istifadə edə bilmirlər. Çünki Bakının İrəvana mesajı var ki, Azərbaycan ərazisindən təyyarələrin qeyri-qanuni qalxışına və enişinə icazə verməyəcək, başqa sözlə, həmin təyyarələr vurulacaq". Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçinin qənaətinə görə, Bakının İrəvana xəbərdarlıq mesajı işə yarayıb və separatçılar hazırda hava limanını istifadə edə bilmirlər: "Məncə, növbəti xəbərdarlıq mesajına da ehtiyac var. Separatçılar Şuşa, Laçın və Kəlbəcərdə yeni yaşayış kompleksləri, yataqxalanar açırlar. Növbəti mesaj bundan ibarət olmalıdır ki, yerlərindən zorla didərgin edilən azərbaycanıların yaşayış məntəqələrində tikilən obyektlər qanunsuzdur və separatçılar bu prosesi dayandırmasalar, həmin obyektlər Azərbaycanın hərbi hava qüvvələri tərəfindən neytrallaşdırılacaq. Bu, beynəlxalq aləmə və Rusiyaya da önəmli bir mesaj olar ki, əgər müharibə istəmirlərsə, Ermənistanı təxribatçı fəaliyyətdən çəkindirsinlər".