Türkiyə səfiri dövlət başçısına təşəkkür edib Siyasət

Türkiyə səfiri dövlət başçısına təşəkkür edib

"Prezident İlham Əliyevin Praqadakı çıxışı ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir"

"Azərbaycan Türkiyəyə güvəndiyi kimi, Türkiyə də həmişə Azərbaycana güvənib. Azərbaycan prezidenti İlham Əliyevin Praqada çıxışı Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir".
APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun söyləyib.
Azərbaycan prezidentinin çıxışına görə ona təşəkkür edən səfir qeyd edib ki, türk dünyasının qarşısında ümumi çağırışlar durur, ümumən dünyada türk dünyasına qarşı ədalətsiz münasibət var: "Tək Türkiyə və Azərbaycan deyil, türk dövlətlərinin hamısı bu çağırışlara qarşı birgə mübarizə aparmalıdır".