Milli Şura Eldar Hamazovdan əl çəkmir Siyasət

Milli Şura Eldar Hamazovdan əl çəkmir

Rafiq Manaflı: "Onun quruma qatılmaqda məqsədi özünü reklam etmək olub"

""El" Hərəkatı sabun köpüyü kimi bir şeydir. Şişib, amma ortada heç nə yoxdur".
Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.
R. Manaflı "El" Hərəkatının sədri Eldar Namazovun qurumdan istefasına münasibət bildirib. Onun sözlərinə görə, E. Namazovun Milli Şuraya qatılmaqda məqsədi özünü reklam etmək olub və bu prosesdən siyasi çəki qazanmaq üçün yararlanıb: "O, Milli Şuradan öz imicini formalaşdırmaq üçün istifadə etdi".
R.Manaflı E. Namazovun sədri olduğu hərəkatın yalnız adının olduğunu vurğulayıb: ""El" Hərəkatı mövcuddur ki? Necə fəaliyyət göstərir? Hansı qurumu, təşkilatı var? Nə iş görürlər? Atıq bir ildən çoxdur, yaranıblar, ancaq fəaliyyətləri yoxdur. Bu adda hərəkat yoxdur. Yarandı, özlərini reklam etdilər, sonra isə fəaliyyətlərini başqa cür qurmaq istəyirlər".