“Tolerantlıq ənənələrini müasir şəkildə bərqərar etməliyik” Siyasət

“Tolerantlıq ənənələrini müasir şəkildə bərqərar etməliyik”

Biz bu gün dünyanın üzləşdiyi antisemitizm, islamofobiya kimi problemləri qlobal səviyyədə müzakirə edəcəyik. Bu fikri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Sivilizasiyalar arasında mədəni əlaqələrin qurulmasında parlamentlərin rolu adlı panel iclasında çıxışı zamanı deyib. Səməd Seyidov bildirib ki, iclasda mədəniyyətlərarası dialoqun qurulmasında parlament hansı rolu oynaya bilər sualına cavab axtarılacaq. Səməd Seyidov Milli Məclisdə yəhudi, rus icmaların nümayəndələrinin təmsil olunduğunu bildirib.
Daha sonra deputat Cibuti Respublikasının Milli Assambleyasının sədri Məhəmməd Əli Humədə söz verib. Huməd bildirib ki, ölkəsində Afrika və ərəb mədəniyyətləri qaynayıb-qarışıb və ölkə sabitlik adasına çevrilib. O qeyd edib ki, mədəniyyətlərarası dialoqun qurulmasında parlamentlər aparıcı rol oynaya bilməz, bu məsələdə parlamentlərin rolu əvəzolunmazdır: "Əcdadlarımızın bizə yadigar qoyduğu tolerantlıq ənənələrini müasir şəkildə bərqərar etməliyik".