“Moskvadan Azərbaycanın suverenliyini təhdid edəcək açıqlamaların verilməsi...” Siyasət

“Moskvadan Azərbaycanın suverenliyini təhdid edəcək açıqlamaların verilməsi...”

"Ermənistana mütləq mümkün zərbələr endirilməlidir". Bunu politoloq Məhəmməd Əsədullazadə açıqlamasında bildirib.
Onun sözlərinə görə, aprelin 28-də Moskvada Rusiya XİN-in təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra, Ermənistan cəbhə bölgəsində təxribatlara cəhd etməyə başladı: "Qeyd edim ki, hər dəfə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşlərdən bir neçə gün keçməmiş Ermənistanın bu kimi, təxribat xarakterli hərbi fəaliyyəti müşayiət olunur. Məqsəd rəsmi Yerevanın destruktiv mövqe sərgiləməklə, danışıqları sabotaj etməkdir. Bir neçə ay əvvəl ATƏT-in Hamburq konfransında XİN rəhbərlərinin görüşündən bir gün sonra Ermənistan təxribatlara əl atdı. Və, danışıqlar prosesi dayandı. Göründüyü kimi Azərbaycanın istənilən danışıqlara başlamaq niyyəti, Ermənistan tərəfindən pozulmağa cəhd edilir".
Politoloq bildirib ki, aprel ayı ölkəmizə Moskvadan Kremlin rəsmi və qeyri-rəsmi emissarları təşrif buyurdu. Onların mesajı Rusiya -Azərbaycan əlaqələrinin inkişafı və Qarabağ konfliktinin nizamlanması barədə mesajlar idi. Əlbəttə, bu mesajlarda ikitərəfli əlaqələrin müxtəlif spektrli inkişafı önə çəkilsədə, Qarabağ məsələsində fikirlər haçalanırdı. "Beynəlxalq Avrasiya hərəkatının"lideri, Kremlin qeyri-rəsmisi olan Aleksandr Duginin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı açıqlamaları birmənalı olaraq, Rusiyanın xarici siyasətinin prioriteti kimi vurğuladı. O, konfliktin mümkün həllini beş yaxud yeddi rayonla Qarabağsız mümkün saydı. Yəni, Azərbaycan Qarabağı kompromis görməlidir: "Son dövrlər Moskvadan Azərbaycanın suverenliyini təhdid edəcək açıqlamaların verilməsi, Azərbaycana təzyiq vasitəsidir. Rusiya Xarici Kəşfiyyat idarəsinin sabiq sədri və XİN muavini olmuş ordu generalı Trubinikovunda açıqlamaları və irəli sürdüyü şərtlərdə Azərbaycan əleyhinə planlaşdırılmış bir kompaniyanın tərkib hissəsidir. Trubkinov yeddi rayon qaytarılmaqla, Laçın dəhlizi əvəzinə Naxçıvana dəhlizi irəli sürür və bunun müqabilində Azərbaycan Qarabağa öz hüququndan əl çəkir. Moskvanın önəmli şəxslərindən verilən mesajlar onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupunun üzvü olan Rusiyanın münaqişənin həllində vasitəçilik missiyası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşıdır. Bu.ədalətsiz və beynəlxalq hüquq normalarına uyğun olmayan şərtləri Azərbaycana irəli sürürlər. Şimaldan verilən açıqlamalar Ermənistanın qeyri-konstruktiv mpvqeyini möhkəmləndirir.
Ermənistanın müdafiə naziri Vigen Sarksiyanın Şuşada Qarabağla bağlı açıqlamaları, separatçıları"müstəqil" subyekt kimi göstərməsi, bir daha Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında səmimi olmadığını göstərir. Və, bu yenidən hərbi əməliyyatların başlanmasına rəvac verir. Qeyd edək ki, qarşıdan hərbi əməliyyatların başlanması üçün hava şərtləri də uyğundur. Ermənistanın işğalçı ordusuna mütləq Ağdam və Füzuli istiqamətində mümkün zərbələr endirilməlidir. Bundan sonra növbəti mərhələdə Ermənistanın danışıqlar masasında kompromisə hazır olduğunu görə bilərik".