“ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir“ Siyasət

“ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir“

"ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır". Bu sözlər ABŞ prezidenti Donald Trampın dünən Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.
D. Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir: "Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm".
ABŞ lideri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da qeyd edib: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir".