Politoloq Ukrayna dövləti adından fəxri fərmanla mükafatlandırılıb Siyasət

Politoloq Ukrayna dövləti adından fəxri fərmanla mükafatlandırılıb

Siyasi şərhçi, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ukrayna hadisələrini mütəmadi işıqlandırdığına və iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəyə görə Ukrayna dövləti adından fəxri fərmanla mükafatlandırılıb.
E.Şahinoğlu jurnalist fəaliyyəti boyunca çox sayda mükafat alsa da, politoloq kimi ilk dəfə mükafat aldığını bildirib: "Sevincliyəm. Çünki təvazökarlıqdan uzaq olsa da 4 ilə yaxındır Ukrayna mövzusunda çox çalışdım və indi də çalışıram. "Maydan" hadisələrindən tutmuş Donbasın işğalına qədər proseslərin canlı şahidi oldum, separatizmin başlanğıc nöqtəsinə baş çəkdim, ukraynalı dostlarımı Ukrayna torpaqlarında ikinci Dağlıq Qarabağın yarandığına inandırmağa çalışdım. Öncə inanmadılar, sonrakı proseslər çox təəssüf ki, proqnozumun doğru olduğunu göstərdi. Əlimə o qədər material yığıldı ki, rus dilində "Maydandan Maydana" kitabını yazdım".
E.Şahinoğlu bu istiqamətdəki fəaliyyətini qiymətləndirdiyinə görə ikinci vətəni saydığı Ukrayna dövlətinə və səfir Aleksandr Mişenkoya təşəkkür edib.