Almaniya Parlamentinin nümayəndə heyəti gələn ay Bakıya səfər edəcək Siyasət

Almaniya Parlamentinin nümayəndə heyəti gələn ay Bakıya səfər edəcək

Almaniya Parlamentinin nümayəndə heyəti Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 02 – 04 oktyabrda Bakıya səfər edəcək.
Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlum Alman nümayəndə heyətinə Bundestaqın deputatı Kai Gerinq rəhbərlik edəcək. Qeyd edilib ki, İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart – 31 iyul 2017-ci il tarixinədək Alman Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər alman parlamentinin bir deputatının yanında işləyirlər və eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Təqaüdçülər həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak edə bilirlər.
Bu proqram Alman Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir. Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək üçün müraciət ərizələri Bakıdakı alman səfirliyinə təqdim olunur.
Səfər çərçivəsində alman nümayəndə Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən nümayəndələrlə görüşlər keçirəcəklər.