Türkiyənin müdafiə naziri əminliklə bəyan edib Siyasət

Türkiyənin müdafiə naziri əminliklə bəyan edib

"Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq"

"Azərbaycan torpağı olan Qarabağın işğaldan azad olunması vacibdir". Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
O bildirib ki, Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq.
"Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanla Türkiyə ən çətin anlarda xarici dövlətlərdən silah almaq məsələsində problemlərlə üzləşib.
Ona görə də müdafiə sənayesi sahəsində də səyləri birləşdirməliyik", - deyə N. Canikli qeyd edib.
"Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hər zaman bir-birinə dəstək olmalıdır"-deyən Nurəddin Canikli
bildirib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri gələcəkdə davam etdiriləcək: "Bundan sonrakı birgə təlimlər daha çox hərbi birləşmə və texnikanın iştirakı ilə keçiriləcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq".
Nazirin sözlərinə görə, iki ölkə arasında bütün sahələr üzrə qarşılıqlı anlaşma var: "Əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm siyasi iradə mövcuddur".
"Şimal İraq Kürdüstan muxtariyyətində keçirilən referendum bölgəni və bütün dünyanı oda atır"deyən-
Türkiyənin müdafiə naziri qeyd edib ki, orta şərqdə etnik, dini tarazlığa toxunmaq olmaz: "Bu bölgədə indiyədək heç bir dövlətin proqnozu reallaşmayıb. Orta şərqin öz reallıqları var. Türkiyənin İraqla 350 kilometr sərərdi var və orada baş verənlərə Türkiyə biganə qala bilməz".
Müdafiə naziri onu da deyib ki, Şimali İraqdakı referendumdan sonra həmin bölgədən Türkiyəyə qarşı PKK təhdidləri artıb: "Bölgədə biz bunu müşahidə edirik. Türkiyə buna laqeyd qala bilməz. Türkiyəyə yönəlik təhdidlərin aradan qaldırılması üçün bütün variantlar müzakirə olunur".
N. Canikli onu da deyib ki, Kərkük və digər bölgələrdən türkmənlər 2003-cü ildən köçürülməyə və oraya başqa bir etnik qrup yerləşdirilməyə başlayıb: "Bu gün həmin bölgəyə Kərkük də daxil edilməyə çalışılır. Bu, yolverilməzdir".