NATO PA-nın yaz sessiyası Varşavada keçiriləcək Siyasət

NATO PA-nın yaz sessiyası Varşavada keçiriləcək

Buxarestdə keçirilən NATO Parlament Assambleyasının 63-cü illik sessiyası başa çatıb.
Dünən keçirilən plenar iclasda NATO-nun baş katibi Yens Stoltenberq və Rumıniya prezidenti Klaus Yohhanis də iştirak edib.
Stoltenberg çıxışında təşkilatın qarşısında duran vəzifələr və yeni çağrışları, Kosovo və Əfqanıstandakı missiyası, Rusiya ilə münasibətlər, Alyansın Şərq cinahı – Qara dəniz regionunun gücləndirilməsi, İŞİD-lə mübarizə və digər məsələlərə toxunub.
İclasın sonunda NATO Parlament Assambleyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. İtaliyanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Alli yenidən qurumun rəhbəri seçilib.
NATO PA-nın növbəti yaz sessiyası isə 2018-ci ilin mayında Polşanın paytaxtı Varşavada keçiriləcək.