Prezident Xalq Cümhuriyyəti abidəsini ziyarət edib Siyasət

Prezident Xalq Cümhuriyyəti abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
APA-nın məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib.