Həsənov Moskvaya gedir Siyasət

Həsənov Moskvaya gedir

İyulun 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də "Beynəlxalq ordu oyunları - 2018" yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.