Britaniya ikinci dəfə “Brexit” referendumu keçirəcək Siyasət

Britaniya ikinci dəfə “Brexit” referendumu keçirəcək

Əgər baş nazir Tereza Meyin "Brexit"lə üzrə planı rədd edilsə, Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ikinci dəfə referenduma gedə bilər.
Bu barədə "Sky News"a Britaniya maliyyə Nazirliyinin maliyyə katibi, ölkənin baş xəzinədarı Mel Strid bildirib.
"Partiyanın sağ qolu – "Brexit" tərəfdarları Meyin Aİ ilə üzərində işlədiyi planı səs çoxluğu qazanmazsa çox narahat olacaqlar. Çünki belə vəziyyətdə biz ikinci dəfə referendum keçirə və onun nəticəsinə uyğun olaraq ümumiyyətlə Aİ-nı tərk etməyə bilərik. Bunun baş vermə riski olduqca böyükdür." – deyə, Strid bildirib.
Qeyd edək ki, "Brexit" üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. "Brexit" prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.