“Ermənistan səfalət içindədir” Siyasət

“Ermənistan səfalət içindədir”

"Bu gün Ermənistan hakimiyyəti özünü Azərbaycanla ayaqlaşırmış kimi göstərmək istəyir". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Azərbaycanda həqiqətən də bütün dünyanın gözü qarşısında çox sürətli dəyişikliklər baş verir: "Ölkəmiz bütün sahələrdə göz oxşayan yeniliklərə imza atıb. Təbii ki, belə olan halda Ermənistan xalqı öz hakimiyyətindən tələb edir ki, yaxşı bizi qalib tərəf kimi iddia edirsiniz amma niyə bizdə inkişaf yoxdur.
Ona görə də onlar Frankofoniya sammiti keçirməklə bu cür məsələlərdə nəsə etməyə cəhd edirlər və görüntü yaratmaq istəyirlər. Məhz bu cür addımları da ona görə atırlar. Çünki bunun başqa bir əsası yoxdur və ola da bilməz. Yəni Ermənistan səfalət içindədir və əhali aclıqdan əziyyət çəkir. Bu gün işğalçı ölkədə insanlar ölkəni tərk edirlər. Təbiidir ki, hər şeydən əvvəl onların ehtiyaclarını ödəmək lazımdır. Amma baxırsınız ki, onların ehtiyaclarını ödəmək əvəzinə bu cür addımlar atırlar. Yəni bir növ dünyaya və Ermənistanın özünə göstərmək istəyirlər ki, guya inkişaf var. Təbii ki, heç kim buna aldanmır.
Ermənistan bir ölkə olaraq, hal-hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır".