ABŞ səfirindən Ermənistana vida hədiyyəsi Siyasət

ABŞ səfirindən Ermənistana vida hədiyyəsi

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils "EVN-Report"a verdiyi müsahibədə qeyd edib ki, işğal altında olan bəzi ərazilər qaytarılmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil.
"Ermənistan xalqı onun üçün nəyin məqbul olduğunu özü həll etməlidir. Məni təəccübləndirən məsələ budur ki, Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin güzəştlər və ya məqbul həll yolları barədə müzakirələr demək olar yoxdur.
Ermənistana gəldiyim zaman bir çox ermənilərlə həmsöhbət oldum. Onlar sülh yolu ilə nizamlanma çərçivəsində işğal olunmuş ərazilərin qaytarılmasının qəti əleyhinədirlər. Uzun illərdir ki, mənim hökumətimin anlayışı ondan ibarətdir ki, bu ərazilər əvvəlcədən "tutulmuşdu" ki, gələcəkdə "sülh müqabilində - torpaq" formulu çərçivəsində istifadə edilsin. Və mən bu varianta heç bir dəstəyin olmadığını görəndə çox təəccübləndim", - deyə o bildirib.
O, 2016-cı il aprel döyüşlərinin ermənilərin alğılarını daha da ağırlaşdıracağını başa düşdüyünü qeyd edib: "Amma acı gerçəklik ondan ibarətdir ki, hər hansı bir nizamlama prosesi işğal altında olan bəzi ərazilərin qaytarılmasını tələb edəcək".
ABŞ səfiri öz səlahiyyətlərini başa vuraraq, artıq Ermənistanın yeni rəhbərliyi ilə vidalaşıb. Onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatları ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində dəyişikliyi əks etdirir və bu mövqe Donald Trampın elan etdiyi "reallığın tanınması" prinsipinə daha yaxındır.
Əslində, ABŞ səfiri "Sülh əvəzinə ərazi" formatının aktuallığını itirdiyini bəyan edir. Səfirin, onun hökumətinin düzgün məlumatlandırılmadığını, qətnamənin isə Ermənistan ictimaiyyətində müzakirə olunmadığını vurğulayıb. Göründüyü kimi, Mils erməni cəmiyyətin dəstəyi olmadan bu formula ilə danışıqlar aparan Ermənistanın əvvəlki hakimiyyətini nəzərdə tutur və yeni hakimiyyətin kompromislərə getmədiyini, ən azından xalqı buna hazırlamayacağını öncədən bildirir.
Faktiki olaraq, Mils, nizamlama istəyiriksə, "bəzi ərazilərin qaytarılması" qaçımazdır ifadəsi ilə, əslində Tramp dministrasiyasının yeni yanaşmasını ifadə edib.