“Paşinyanın çağırışı növbəti erməni həyasızlığıdır...“ Siyasət

“Paşinyanın çağırışı növbəti erməni həyasızlığıdır...“

Qüdrət Həsənquliyev: "Qarabağdan geri çəkilməsə, Türkiyə bu işğalçı ölkə ilə heç zaman sərhədləri açmaz"

Mən əvvəllər də söyləmişdim ki, Paşinyan və Ermənistan kiminsə əlində kukla olmaq istəmirsə, Ermənistanın inkişafını istəyirsə, Qarabağı işğaldan azad etməli,Türkiyə və Azərbaycana münasibətdə yaxın qonşuluq siyasəti yürütməlidir.
Paşinyanın heç bir şərt irəli sürmədən Türkiyəni sərhədləri açmağa səsləməsinə münasibət bildirən millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev belə deyib.
Onun qənaətinə görə, Əks halda Köçəryan və Sarkisyan kimi onu da iflas gözləyir: "Qarabağdan geri çəkilməsə, Türkiyə bu işğalçı ölkə ilə heç zaman sərhədləri açmaz. İndiki halda işğalçı ilə sərhədləri açmaq Azərbaycana ən böyük xəyanət olar ki, qardaş ölkə də bunu heç vaxt etməz. Biz buna zərrə qədər də şübhə etmirik. Odur ki, Paşinyanın Türkiyəyə yönəlik təxribatçı çağırışı növbəti erməni həyasızlığının ifadəsidir və buna əhəmiyyət verməyə dəyməz".