ABŞ Səudiyyə Ərəbistanına 24,3 milyard dollarlıq "F-35" satışını təsdiqləyib Dünya

ABŞ Səudiyyə Ərəbistanına 24,3 milyard dollarlıq "F-35" satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 24,3 milyard dollar dəyərində 48 ədəd beşinci nəsil "F-35 Lightning II" qırıcı təyyarəsinin və digər hərbi texnikanın potensial satışına dair sazişi təsdiqlədiyini elan edib.

Xalqcebhesi.az -ın xəbərinə görə, məlumatda bildirilir ki, qırıcılarla yanaşı, sövdələşməyə 49 ədəd "Pratt & Whitney F135-PW-100" mühərrikinin, habelə rabitə avadanlıqlarının, ehtiyat hissələrinin və digər əlaqədar vasitələrin tədarükü daxildir.

"Planlaşdırılan bu sövdələşmə Qərb Körfəzi regionunda siyasi sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasında mühüm rol oynayan, NATO-dan kənar əsas müttəfiqin təhlükəsizliyini möhkəmləndirməklə ABŞ-nin xarici siyasət məqsədlərinin və milli təhlükəsizlik vəzifələrinin reallaşdırılmasına töhfə verəcək", — deyə Dövlət Departamentindən bildirilib.

Qurum, həmçinin əlavə edib ki, qırıcıların satışı "regiondakı hərbi balansı pozmayacaq".

2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına NATO-dan kənar əsas ABŞ müttəfiqi statusunu verib.

Məryəm Quliyeva