Xəzər Konvensiyası regionda sabitliyin qorunmasına töhfə verir Siyasət

Xəzər Konvensiyası regionda sabitliyin qorunmasına töhfə verir

Mariya Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin tezliklə həlli üçün mümkün addımların atılmasına tərəfdardır"

"Rusiya Dağlıq Qarabağmünaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır".
Bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimallarından danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq", - deyən Mariya Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib.
"Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq", - Rusiya XİN rəsmisi vurğulayıb.
Mariya Zaxarova cari ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması məsələsinə şərh edib. O qeyd edib ki, Aktauda keçirilmiş V Xəzər sammitində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı ölkələr arasındakı münasibətlərdə sabitliyin və əvvəlcədən proqnozlaşdırma ehtimalını gücləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına, bütövlükdə, bölgədə aydın və hüquqi vəziyyət yaranmasına töhfə verir: "Konvensiya bütün Xəzəryanı ölkələrin maraqlarına cavab verir və hamı üçün faydalıdır".
Zaxarova bildirib ki, sənəd beş dövlətin bu unikal su anbarının taleyinə dair xüsusi hüquq və məsuliyyətini təsdiqləyir: "Konvensiya gəmiçilik rejimini və Xəzər dənizinin su hövzəsinin kollektiv istifadə qaydasını müəyyənləşdirir, qeyri-Xəzəryanı dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun qeyri-mümkünlüyü prinsiplərini, dəniz məkanının yalnız sülh məqsədləri üçün istifadə edilməsini fiksə edir, ərazi sularının sərhədlərinin, balıqçılıq zonalarının, dəniz dibinin delimitasiyasını və sahil dövlətləri üçün vacib olan digər önəmli məsələləri müəyyənləşdirir".
Onun sözlərinə görə, bu sənəd iqtisadi əməkdaşlığa, investisiya cəlbediciliyinə, Xəzər beşliyinin rəqabətqabiliyyətliliyinə, inkişafın sürətləndirilməsinə və ən qabaqcıl sənaye sahələrində potensialın tam şəkildə açılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsinə yardım edəcək.