ABŞ, Rusiya və Ukrayna Əbu-Dabidə üçtərəfli danışıqlar keçirəcək Dünya

ABŞ, Rusiya və Ukrayna Əbu-Dabidə üçtərəfli danışıqlar keçirəcək

Noyabrın 10-da və 11-də Əbu-Dabidə işçi qrupları səviyyəsində Rusiya, ABŞ və Ukraynanın üçtərəfli danışıqları baş tutacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edib.

"Birləşmiş Ştatlar ABŞ prezidenti Donald Trampın müharibəni bitirmək missiyasını irəliyə apararaq noyabrın 10-11-də Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi qrupları səviyyəsində keçiriləcək danışıqlarda vasitəçi kimi çıxış edəcək. Müzakirələr müharibədən sonrakı təhlükəsizlik, deeskalasiya, humanitar təşəbbüslər və sülhə doğru növbəti addımlar üzrə razılaşmalara fokuslanacaq", - deyə Uitkoff "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva