“Azərbaycan bu sahədə səylərini daha da artırmalıdır”
2 Noyabr 18:16
2 Noyabr 18:16
2 Noyabr 18:14
2 Noyabr 17:48
2 Noyabr 17:21
08:11
469
Birləşmiş Ştatlar NATO müttəfiqlərindən Ukrayna üçün Amerika silahlarının satınalınması üzrə PURL (Prioritised Ukraine Requirements List) proqramına daha çox vəsait yatırmağı xahiş etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun maliyyələşmənin artırılması ilə bağlı müraciəti artıq noyabr ayında daxil ola bilər. Hələlik söhbətin dəqiq hansı məbləğdən getdiyi məlum deyil, lakin artıq satışa təsdiqlənmiş silahların dəyəri ilə daxil olan vəsaitlər arasındakı fərq təxminən 2 milyard dollar təşkil edir.
Kiyev Qərbdən hərbi yardım tədarükünün artırılmasını davamlı olaraq tələb edir. Moskvada isə dəfələrlə vurğulayıblar ki, Qərbin Kiyevə silah göndərməsi və ukraynalı hərbçilərin təliminə köməklik göstərməsi münaqişəni uzadır və döyüş meydanındakı vəziyyəti dəyişmir.
Məryəm Quliyeva