“Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib “ Siyasət

“Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib “

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.
Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev"Report"un Qərbi Avropa bürosuna bildirib ki, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov eyni zamanda AŞPA-nın yenidən vitse-prezidenti seçilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar - Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyi təşkilatın bu gün başlayan qış sessiyasında yenidən təsdiq olunaraq tərkibi müəyyən olunub.
"Report"un Qərbi Avropa bürosu bildirir ki, Lilyan Mori Paskye AŞPA-nın yay sessiyası müddətində müvəqqəti prezident seçilmişdi və qış sessiyasında yeganə namizəd olduğu üçün seçkisiz bu vəzifəyə təyin edilib.
1956-cı ildə Cenevrədə anadan olan Lilyan Mori Paskye İsveçrənin Sosial Partiyasının üzvüdür.