“İnsanlara sevinc bəxş etməkdən gözəl nə ola bilər ki?” Siyasət

“İnsanlara sevinc bəxş etməkdən gözəl nə ola bilər ki?”

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdı. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Millət vəkili Prezident İlham Əliyevin əfv sərəncamı verməsini dövlət başçısının növbəti böyük humanist addımı kimi dəyərləndirib:
"Əfv sərəncamının verilməsi cənab Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir. Bu dəfə də dövlətimizin başçısı böyük humanist addım idi. Məhkum olunmuş insanlar ailələrinə, qohumlarına, dost və tanışlarına qovuşdu. Prezident İlham Əliyev həmin ailələrin Növruz bayramı sevincinə əlavə sevinc qatdı, onlara xoş əhvali-ruhiyyə bəxş etdi. Dünyada insanlara sevinc bəxş etməkdən daha gözəl nə ola bilər ki?"