WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
19 Sentyabr 2019 16:39
2 058
Ermənistan hökuməti əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycandakı erməni əsirlərlə dəyişdirilməsi ilə bağlı qarşı tərəfin təklifini müzakirə edir.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan açıqlama yayıb.
Karapetyanın sözlərinə görə, bu barədə Baş nazir Nikol Paşinyanla şəxsən danışmasa da, məsələnin müzakirə olunduğundan xəbərdardır:
“Məsələnin həssaslığını nəzərə alaraq, yekun qərar verildikdən sonra elan edəcəyik”.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfi Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan vətəndaşları Karen Kazaryan və Araik Kazaryanla dəyişməyə hazır olduğunu bildirmişdi.