Çin səfiri: Azərbaycanla inkişaf və dirçəliş yolunda tərəfdaşıq
Ədliyyə Nazirliyi bələdiyyələr üçün seminar-müşavirələr keçirib
Ali Məhkəmə şərikli ticarətdə yaranan pul tələbinə aydınlıq gətirib
Romano Prodi: Qlobal ticarətdə elə bir balans yaradılmalıdır ki, sistem yalnız ABŞ-dan asılı olmasın
Müharibə başlayandan İran kriptobirjalarından 10 mln. dollarlıq aktiv çıxarılıb
23 Sentyabr 2019 13:35
2 359
Elxan Şahinoğlu: “Anlaşılmayan Fransanın departament rəhbərlərinin ölkə məhkəmələrinin qərarlarını heçə saymalarıdır”
"İyun ayında Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları "sazişləri" ləğv etməsini müsbət hadisə saysam da, eyforiyaya qapılmağa ehtiyac olmadığını bu cümləmlə izah etmişdim: “Çünki arxasında erməni lobbisi olan düşmən hiyləgərdir və əks zərbəyə hazırlaşır". Bunu politoloq Elxan Şahinoğlu deyib. "Təəssüf ki, proqnozum doğruldu. Hiyləgər düşmən yenə əks-zərbə vurdu. Sentyabrın 20-də Fransanın Qrenobl şəhərində, Izer administrasiyasının konfrans salonunda bölgə department şurasının sədri Jan-Pyer Barbye ilə işğal altındakı Xocavənd rayonunun “administrasiya rəhbəri” Kamo Petrosyan arasında “dostluq bəyannaməsi” imzalanıb. İmzalanma mərasimində departament rəhbərliyinin əməkdaşları, erməni icmasının nümayəndələri və jurnalistlər iştirak ediblər.
Demək, iyun ayında Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsinin Fransa departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış “dostluq haqqında xartiya”nı ləğvi işə yaramadı. Halbuki, məhkəmə işğalçı Dağlıq Qarabağ marionet rejiminin nümayəndləri ilə Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri arasında imzalanmış “Dostluq haqqında xartiya”ları qanuni hesab etməyərək ləğv etmişdi. Bundan əvvəl isə mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq haqqında xartiya”nı ləğv etmişdi. Əlbəttə, Fransanın bölgə məhkəməsi növbəti “dostluq xartiyasını” da ləğv edə bilər. Erməni separatçılarının məqsədi bəllidir, anlaşılmayan Fransanın departament rəhbərlərinin ölkə məhkəmələrinin qərarlarını heçə saymalarıdır".
10:25
203
09:02
644
12 Mart 21:33
1 071